Ucarda nar bağı yanıb

23:50 21.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucar rayonunun Qarabörk kəndində 10 ha sahədə nar ağacları, kol-kos və quru ot yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nar bağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.