UEFA "Qarabağ"ın hesabına 781 min avro köçürdü

14:46 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ"ın Avropa Liqasındakı çıxışa görə qazandığı məbləğ klubun hesabına köçürülüb. 

Bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, ağdamlılar Avropa Liqasının qrup mərhələsində çıxışına görə (1 qələbə üçün 570 min avro, 1 heç-heçəyə görə 190 min avro) və Azərbaycan Premyer Liqasının  2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21 min avro (market-pool - ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Ümumilikdə Ağdam klubu 781 min avro (1 milyon 460 min manat) qazanıb.

Qeyd edək ki, A qrupunda yer alan "Qarabağ" V tur çərçivəsində noyabrın 28-də səfərdə "Sevilya" ilə qarşılaşacaq.