Keçmiş baş nazir Uinston Çörçillin Londondakı iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.
Hafta.az-ın “Fokus” nəşrinə istinadla yaydığı xəbərdə deyilir ki, bu- paytaxtın prestijli yerində 100 kvadratmetr sahəsi olan iki otaqlı mənzildir.
Ümumiyyətlə, Uinston Çörçillin Londondakı bütün iqamətgahları məlumdur - onun uşaqlıq illərində Sent Ceyms Pleysindəki evindən tutmuş Dauninq-strit 10-dakı son iqamətgahına qədər. İndi, 10 ildə ilk dəfə olaraq, əfsanəvi ev - onun subaylıq dövründə yaşadığı ilk evi bazara çıxarılıb.
Mount Street 105 ünvanındakı mənzil 1900-1905-ci illərdə Britaniyanın keçmiş baş nazirinin evi olub. 1087 kvadrat metrlik ev memar ser Ernst Corc tərəfindən 1888-ci ildə tikilmiş binada "Sautter" siqar mağazasının üstündə yerləşir.