Ukrayna döyüşçüləri bir gündə Luqanskda hücum edən Rusiya batalyonunun yarısını məhv etdi...

18:00 08.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Üçüncü əlahiddə həmlə briqadasının döyüşçüləri Luqansk vilayətində rus işğalçılarının hücumunu dəf edərək, bir gündə düşmən batalyonunun yarısını məhv ediblər.

Hafta.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, bu haqda Üçüncü həmlə briqadasının mətbuat xidməti məlumat yayıb.

"Düşmən briqadanın üç batalyonunun ərazilərinə birdən-birə hücuma keçdi, xüsusən də Nadiyada itirilmiş mövqeləri geri qaytarmaq üçün... Əməliyyat Pilotsuz sistemlər batalyonunun və Tank əleyhinə qüvvələrinin iştirakı ilə həyata keçirilib”- məlumatda belə deyilir.

Təfərrüatlar:

Qeyd olunur ki, 1-ci hücum, 2-ci mexanikləşdirilmiş və 1-ci mexanikləşdirilmiş batalyonların bütün  aktivləri rusların məhv edilməsinə cəlb olunub. İşğalçılara qarşı artilleriya, aerodrop və "FPV" dron bölmələri işləyirdi. Piyadalar yerdə atəş döyüşünə girib.

Briqadanın məlumatına görə, döyüşlər zamanı 143 işğalçı məhv edilib, 86-sı isə yaralanıb.

Bildirilib ki, düşmən yeni və ya əvvəllər itirdiyi heç bir mövqeni tutmayıb.