Belarus ərazisində nüvə silahı daşıyıcıları var, lakin nüvə silahlarının özləri yoxdur, eyni şey "Oreşnik" raket sistemlərinə də aiddir.
Hafta.az "TSN"ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyatının rəhbəri Oleq İvaşenko “Ukrinform”a müsahibəsində bildirib.
"Daşıyıcılar (nüvə silahı - red.) var. Düzdür. Təyyarələr var, "İsgəndər" raket kompleksləri var. Amma Belarusda nüvə silahlarının özləri yoxdur. Bu, faktdır", - ekspert belə deyib.
Onun sözlərinə görə, hazırda Belarusda anbar sahələri yaradılır, hazırlıq gedir, tikinti gedir.
"Lukaşenko deyir ki, onlar ilin sonuna qədər "Oreşnik"ə sahib olacaqlar. Amma bu, arzuolunanı gerçəklik kimi təqdim etməyə bənzəyir. Bu gün belə bir şey yoxdur və bundan sonra olması da az ehtimal olunur", - İvaşenko əlavə edib.
Xatırladılır ki, özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putindən Belarus Respublikası ərazisində “Oreşnik” ballistik raketləri və digər yeni silah sistemləriNİN yerləşdirməyi xahiş edib.