Ukrayna PUA-ları Rusiyanın bu şəhərində hərbi aerodrom üçün 800 min ton yanacağını məhv etdi…

17:47 12.01.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının Saratov vilayətində yerləşən Engels şəhərindəki neft bazası yanvarın 8-də baş verən gecə zərbəsindən sonra hələ də yanır. Orada hərbi aerodrom üçün rekord miqdarda yanacaq saxlanılıb.

Hafta.az xəbər verir ki, bu haqda “UNİAN” yazır.

"VÇK-OQPU" layihəsinin mənbələrə istinadla verdiyi məlumata görə, PUA-nın Engelsdəki neft bazasına hücumu nəticəsində 120 min kubmetr tutumlu 3 çən tamamilə sıradan çıxıb. Bundan əlavə, 6 çənin hər birinə ciddi ziyan dəyib.

"Hərbi aerodrom üçün təxminən 800 min ton yanacaq saxlayan çən parkı sıradan çıxarılıb", - kanal qeyd edir.

Hazırda Rusiya xilasedicilərində neft və yanacaq yanğınlarını söndürmək üçün köpükləndirici maddələrin kəskin çatışmazlığı var. Ona görə də yanğınsöndürənlər yanacağın yanıb bitməsinə nəzarət etməyə məcburdurlar”.