Ukrayna pilotsuz təyyarələri Rusiyanın Həştərxan qaz emalı zavoduna hücum edib.
Hafta.az-ın “UNİAN”-a istinadla yaydığı məlumatda deyilir ki, PUA-ların vurduğu obyekt alovlanıb. Alov bir neçə kilometr məsafədən görünür.
Hücum barədə ilk olaraq Rusiya ictimai qrupları məlumat verib, daha sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da bunu təsdiqləyib.
"Bu, Rusiya Federasiyasının əsas enerji obyektlərindən biridir, qaz kondensatının emalı və benzin, dizel yanacağı və s. istehsalını təmin edir", - Kovalenko qeyd edib.
Onun sözlərinə görə, zavod Rusiyanın hərbi-sənaye kompleksinə təsir göstərir, çünki yanacaq-energetika sektoru müdafiə sektorunun əsas maliyyə mənbəyidir.