Ukrayna üçün Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri ilə bağlı məhdudiyyətlər aradan qaldırıldı...- Almaniya kansleri

17:57 26.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa və Böyük Britaniya Ukraynanın Qərb silahları ilə Rusiya ərazisinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri indiyədək aradan qaldıra bilərdilər. Almaniya hökumətinin başçısı bildirib ki, indi heç bir məhdudiyyət olmadığına görə tərəfdaşlar ukraynalıları Rusiya Federasiyasının dərinliklərindəki hədəfləri vuracaq raketlərlə təmin etməlidirlər”.

Hafta.az “Fokus” nəşrinə istinadla xəbər verir ki, Almaniya kansleri Fridrix Mertsin bəyanatından bu fraqmenti "CGTN Europe" mediası "X" sosial şəbəkəsində yazıb.

Media Almaniya siyasətçisinin mayın 26-da "WDR" telekanalı tərəfindən yayımlanan "Forum Europe"("Avropa Forumu") tədbirindəki çıxışına diqqət çəkib. Jurnalistlərlə 15 dəqiqəlik söhbət zamanı Merts, görünür, tərəfdaşların Rusiyaya qarşı uzaq məsafəli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırdıqlarını deyib.

Məqalədə Mertsdən sitat gətirilib:

“Ukraynaya verilən silahların çeşidinə artıq heç bir məhdudiyyət yoxdur – nə ingilislər, nə fransızlar, nə biz, nə də amerikalılar tərəfindən”.

Kansler məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarın dəqiq nə vaxt verildiyini açıqlamayıb. Bundan əlavə, media alman siyasətçinin Ukraynaya Rusiya ərazisindəki hədəflərə çatacaq silahlarla təmin olunacağını dediyini yazıb.