“Ümid edirəm ki, tezliklə qərar qəbul ediləcək” - Prezident 

17:22 25.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Trans-Adriatik boru kəməri vasitəsilə qaz nəqlinin artırılması üçün mümkün olanı edir. Biz enerji daşıyıcılarının təchizatının artırılması üçün əlimizdən gələni edirik.

 

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

 

“TAP boru kəmərinin inşası zamanı meydana gələn problemlər bizə məlumdur, lakin qeyd etmək istəyirəm ki, onlar süni xarakter daşıyırdı. Ancaq Azərbaycanın bu problemlərə ciddi yanaşması sayəsində ölkəmiz İtaliyaya enerji daşıyıcılarının təchizatını yaxşılaşdıra bilib. Bizim İtaliyada Azərbaycan qazına artan tələbatdan xəbərimiz var. Lakin bunun üçün TAP boru kəmərinin ötürmə qabiliyyətinin artırılmasına ehtiyac var. Biz bunu birtərəfli qaydada edə bilmərik, çünki TAP layihəsində bizim payımız 20 faiz təşkil edir. Buna baxmayaraq, ümid edirəm ki, bununla bağlı tezliklə qərar qəbul ediləcək, çünki TAP onsuz da tam gücü ilə işləyir”, - deyə dövlət başçısı bildirib.

Oxunma sayı 1485