Ümumdünya Şahmat Olimpiadasında ilk gedişlər edilib 

20:33 02.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 2-də Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasına start verilib.

İlk turda qarşılaşan İran və Özbəkistan komandalarının oyununda şahmat taxtası üzərində ilk rəmzi gedişləri Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbovla FİDE-nin prezidenti Arkadi Dvorkoviç, “Azərbaycan-Naxçıvan” - Kuba komandalarının oyununda isə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovla Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov ediblər.

Naxçıvan Şahmat Mərkəzində keçirilən bu nüfuzlu yarışda ölkəmiz 5 komanda – “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur.

Oxunma sayı 1981