UNEC-də yeni departament yaradılır

22:15 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetmənin təkmilləşdirilməsi məqsədilə rektorun tabeliyində qeyri-ixtisas kafedralarından ibarət ümumi fənlərin tədrisinin təşkili departamentinin yaradılması barədə qərar qəbul edilib.

Bu barədə elmi şuranın növbəti iclasında məlumat verilib.

UNEC-dən hafta.az-a bildirilib ki, iclasda Müəllim Təlim Mərkəzinin yaradılması barədə təklif də şura üzvlərinin səsverməsi ilə təsdiqlənib.