Vasif Durarbəyli Santoş Vidit ilə heç-heçə edib - Dünya kuboku

23:06 25.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.

Hafta.az xəbər verir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli səkkizdəbir finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb.

Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Oxunma sayı 274