Venesuelada Su-30 qəzaya uğradı

15:06 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 qırıcısı qəzaya uğrayıb.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, qəza ölkənin mərkəzi hissəsində, Quariko ştatında baş verib. Faktı Bolivar Respublikasının Müdafiə Nazirliyi təsdiqləyib.

Məlumata görə, təyyarədə olan hər iki pilot həlak olub. Təyyarə Manuel Riso adına hərbi bazadan havaya qalxaraq Luis del Valye Qarsi adına hərbi bazaya uçmalı imiş.

Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, ölkə Prezidenti Nikolas Maduro qəzanın baş vermə səbəblərinin araşdırılmasını tapşırıb.