Vergi ödəyicilərinin sayı açıqlandı 

17:08 30.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1 358 581 nəfər olub.

 

Bu barədə Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyinin KİV nümayəndələri üçün keçirilən birgə təlimində məlumat verilib.

 

Qeyd edilib ki, vergi ödəyicilərindən 1 190 710 nəfəri fiziki, 167 871-i isə hüquqi şəxslərdir:

 

"Hüquqi şəxslərin 151 859-u kommersiya qurumlarıdır. Bunlardan 92 430 nəfərinin fəaliyyəti aktivdir, 59 429-nun isə fəaliyyəti dayandırılıb. Hazırda xarici hüquqi şəxslərin sayı isə 17 239 nəfərdir ki, bunlardan 12 522-nin fəaliyyəti aktivdir. 4717-nin fəaliyyəti isə dayandırılıb".

Oxunma sayı 160