Vətən müharibəsindən bəhs edən 20 film maliyyələşdirilib – Mədəniyyət Nazirliyi

13:27 17.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaxın bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Bu  sözləri qurumun mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə Hafta.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb:

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olan 11 filmin çəkiliş prosesləri davam edir.

5 qısametrajlı bədii film

“İnteraz Media and Broadcasting” - “Tanrının nəbzi”

“Mozalan” studiyası - “İkinci planetin qırmızı rəngi”

“Karvan production” - “Arxa cəbhə”

“Debüt” studiyası - “İki gün”

“Ultra Production” - “Hasar”

4 qısa sənədli film

“Azərbaycanfilm” – “Dadafilm” (Türkiyə) - “Fulya” - Türkiyənin “Dadafilm” şirkəti ilə müştərək çəkilən “Fulya” sənədli filmi müharibə dövrünün bütün həqiqətlərini, erməni barbarlığının yıxıcı təsirlərini dünyaya ilk səsdən çatdıran “CNN Türk”ün müxbiri Fulya Öztürkün həmin bölgələrə yenidən səyahəti ətrafında baş tutub. Filmin yaxın günlərdə Bakı və Gəncədə, oktyabr ayının əvvəlində Türkiyədə premyerası keçirilməsi nəzərdə tutulub.

“Azərbaycanfilm” - “Müharibənin uşaqları”

“Balans” studiyası - “Çin olan gizlinlər”

“Debut” studiyası - “Evimin səsi”

2 animasiya filmi

“Birlik” kinostudiyası - “Qarabağ nağılı”

OB film - “Tarix””

 

Oxunma sayı 74
Gündəm rubrikasından digər xəbərlər