Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm - Müharibə veteranı

10:41 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncamınıza əsasən polkovnik Nizami Ağoğlan oğlu Məmmədova “general-mayor” hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində Ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır.

Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq.

Biz Prezidentimizlə, Ordumuzla fəxr edirik.

Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Yaşasın müstəqil Azərbaycan Ordusu.

Hörmətlə,

Hacı Məhərrəm Kazımlı

Müharibə veteranı, Biləsuvar rayon Veteranlar Təşkilatının sədri

Azərbaycan Respublikası, Biləsuvar rayonu.

Oxunma sayı 1916
Siyasət rubrikasından digər xəbərlər