Vəziyyət həddən artıq gərgindir – ERMƏNİSTANIN NİYYƏTİ

18:29 09.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Vəziyyət həddən artıq gərgindir. 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatından irəli gələn öhdəliklərinin olmasına baxmayaraq Ermənistan tərəfi heç bir razılaşmaya əməl etmək istəmir”.

Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Azərbaycanın Kəlbəcər  rayonu istiqamətində sərhəddə törətdiyi hərbi təxribatlar zamanı Azərbaycan Ordusunun daha bir şəhid verməsi faktına əsasən bildirib.

Politoloq hesab edir ki, Ermənistan tərəfi bununla özünə uyğun əlavə şərtlər əldə etməyə çalışır və təxribatlar törətməklə istəyinə nail olacağına ümid edir.  Amma erməni təxribatları Azərbaycanın atdığı adekvat addımların nəticəsində alınır.

M.Əsədullazadənin fikrincə, Ermənistanın Kəlbəcərdəki təxribatları əsasən Brüssel görüşü ərəfəsində böhran yaratmaq, Minsk qrupunun fəaliyyətini gündəmə gətirmək, status məsələsini danışıqlar masasına çıxarmaqla Soçi Bəyannaməsindən yayinmaqdır.

“Soçi görüşü Brüssel görüşünün üstündn xətt çəkdi. Azərbaycanın təklif etdiyi bəndlər daxil olmaqla Soçi bəyannaməsi qəbul edildi. Ermənistan tərəfinin heç bir şərti qəbul olunmadı. Ermənilər vaxtı qazanmağa və vəziyyəti gərginlləşdirməyə çalışır.

Ümumiyyətlə Ermənistan tərəfi prosesləri hələ ki, pozur və dəhliz məsələsini özündən kənar tutmağa çalışır”.

Oxunma sayı 59
Gündəm rubrikasından digər xəbərlər