“Visla” Polşanın ən gözəl filmləri ilə Bakıya gəlir

18:26 31.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda keçiriləcək 4-cü “Visla” Polşa Film Festivalına az qalır.

Hafta.az yazır ki, tamaşaçılar noyabrın 12-də Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının görüşünə gələcək “Visla” festivalı çərçivəsində nümayiş olunacaq Polşa filmlərinə “Landmark Jazz Club”un "The Rotunda -1" zalında, həm də pulsuz baxa biləcəklər.

“Visla” proqramı son illərin ən yaxşı Polyak filmlərini bir araya gətirməklə həm ölkə daxilində, həm də digər ölkələrdə geniş tamaşaçı auditoriyası qazanmaqdadır.

Festivalın açılışında Filip Bayonun "Kamerdiner" adlı real hadisələrdən bəhs edən tarixi dram nümayiş olunacaq. Film valideynlərini itirmiş kaşublu oğlanın Priss aristocrat ailəsində yaşadığı illərin kerçəkliklərindən bəhs edir.

Bu tarixi filmin ardıyla, müharibədən sonrakı Polşa həqiqətlərinə həsr olunmuş Yan Jakub Kolanın "Əfv" dramı nümayiş ediləcək. Filmin sujetinə görə,  Hanna və Yaqubun oğlu 1946-cı ilin payızında Polşa Təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən vurularaq qətlə yetirilir. Valideynləri onu evlərindən 500 kilometr məsafədə yerləşən Kalvaria Patslavskayada dəfn etmək qərarına gəlirlər. Beləliklə, filmdə cərəyan edən hadisələr insan ruhunun dərinliklərinə məcazi bir səyahətə çevrilir.

Döyüş səhnələrinin pərəstişkarları üçün, “Visla” festivalı özü ilə Bakıya "Donanma 303: əsl hekayə" filmini gətirəcək. Bu film Arkadi Fiedlerin ən çox satılan kitabı əsasında çəkilib və Polşa pilotlarından bəhs edən möhtəşəm dram əsəridir.

Festival çərçivəsində komediya janrında filmlər də göstəriləcək. Yanusz Kodratyukun son çəkdiyi "Bir pişik və bir it kimi" filmi, ailədaxili qarşıdurma və rəqabətləri çox səmimi atmosferdə ekrana gətirir.

Festivalın bağlanışında isə Pavel Pavlikovskinin “Soyuq müharibə” filmi nümayiş etriləcək. Hansı ki, bu film Avropa Film Akademiyasından Polşaya 4 mükafat gətirib.