XIX əsrdə tapılan fosillərin sirri açıldı

10:48 16.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

XIX əsrdən bəri Avropanın müxtəlif yerlərində tapılan sümük fosillərinin ixtiozavr adlanan dəniz sürünənlərinə aid olduğu müəyyən edilib.

Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, ingilis təbiətşünas Samuel Stuzburi 1850-ci ildə Bristol yaxınlığında böyük silindrik sümük parçaları tapdıqda, onların quruda yaşayan və timsahlara bənzəyən nəsli kəsilmiş labirintodontiyaya aid olduğunu düşünürdü.

Sonrakı illərdə Almaniya və Fransa kimi Avropanın bəzi bölgələrində oxşar qalıqlar aşkar edilsə də, bəzi tədqiqatçılar Stutzburinin nəzəriyyəsinə qarşı çıxdılar və sümüklərin uzunboyunlu dinozavrlara və ya başqa bir naməlum dinozavr qrupuna aid olduğunu irəli sürdülər.

Almaniyanın Bonn Universitetinin tədqiqatçıları bu nəticəyə gəliblər ki, sümük parçaları 200 milyon ildən çox əvvəl okeanlarda yaşamış nəhəng ixtiozavrlara aiddir. Qərbi və Mərkəzi Avropanın böyük hissəsinin su altında qaldığı bu dövrdə yaşayan bu canlıların uzunluğunun 25-30 metrə qədər çata biləcəyi düşünülür.

Magistrlik dissertasiyası üçün bu araşdırmanı aparan Marsello Perillo, " XX əsrin əvvəllərindən bəri bəzi tədqiqatçılar fosillərin nəhəng bir ixtiozavrlara aid ola biləcəyi nəzəriyyəsini irəli sürdülər" deyir. Bu nəzəriyyəni yoxlamaq üçün Perillo daşlaşmış sümük toxumasının mikro strukturunu araşdırıb.

"Oxşar növlərdən olan sümüklər ümumiyyətlə oxşar quruluşa malikdir. Buna görə də osteohistologiya (sümük toxumasının təhlili) tapıntının hansı heyvan qrupundan gəldiyinə dair nəticələr verə bilər" deyib alim.

Perillo Almaniya, Fransa və İngiltərədə tapılan ixtiozavrlara aid olduğu düşünülən çənə sümüyü fosillərini müqayisə edərək, onların çox oxşar xüsusiyyətlər göstərdiyini aşkarlayıb. Sonra xüsusi mikroskopdan istifadə edərək, tədqiqatçı sümük divarında unikal şəkildə toxunmuş uzun zolaqlarda minerallaşmış kollagenin olduğunu aşkar edib.

Kanadada tapılan ixtiozavr qalıqlarının çox oxşar sümük quruluşuna sahib olduğunu vurğulayan Perillo, "Ancaq bu quruluş araşdırdığım digər heyvan qruplarının fosil nümunələrində yoxdur" deyir.

Buna görə də, sözügedən parçaların da bir ixtiozavrlara aid olması ehtimalı yüksək görünür və tapıntılar sümüklərin quruda yaşayan bir dinozavrdan gəldiyi iddiasını təkzib edir.

Dr. Martin Sander, sümüyün unikal quruluşunun karbon lifi ilə gücləndirilmiş materiallara bənzədiyini və sürətlə böyüyən canlının sümüklərinin son dərəcə sabit qalmasını təmin etdiyini düşünür. Perillo deyir: "Heyvan normal qidalanarkən belə, böyük çənələri ilə güclü kəsici qüvvələr göstərmiş olmalıdır. Ola bilsin ki, bu heyvanlar indiki orkalar kimi ov tutmaq üçün burunlarından istifadə ediblər. Ancaq bu, hələ də sırf fərziyyədir”.

Oxunma sayı 75