Xankəndi və Qarabağda xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başladı 

13:21 02.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib.

 

Bu barədə hafta.az-a Dövlət Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hazırda həmin bölgədə "AzStateNet" şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir.

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, dövlət orqanlarını fasiləsiz və təhlükəsiz xüsusi təyinatlı rabitə ilə təmin olunmasını davam etdirir.

 

Xatırladaq ki, XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.

Oxunma sayı 132