Xarici jurnalistlər Qarabağa getdilər 

09:21 30.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda olan bir qrup xarici jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub.


Hafta.az xəbər verir ki, səfərdə İspaniya, İtaliya, Bolqarıstan, İordaniya, Yaponiyadan olan jurnalistlər iştirak edirlər.


Səfərdə məqsəd xarici jurnalistləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri, eyni zamanda Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.


Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçiriləcək.

Jurnalistlər işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Şuşa, Ağdam, eləcə də erməni vəhşiliyindən zərər görmüş Gəncə şəhəri ilə tanış olacaqlar.

Oxunma sayı 225