Xəzərdə 4 balıqçı itkin düşüb - Axtarışa helikopter cəlb olunub

17:13 08.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzərdə 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.