Xızıda avtomobil yolu keçən piyadanı vurub öldürdü

14:24 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xızı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 6-da saat 18 radələrində Xızı rayonunun Giləzi kəndi ərazisində Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Ceyhun Abbasovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.