Xızıda narkotik vasitələri satan şəxs saxlanılıb

13:52 23.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış heroin aşkar olunub.

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Oxunma sayı 125