Xocalı ərazisində işğalçı ermənilərin “xatirəsi”nə xaç abidəsi quruldu… - FOTO

19:14 25.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün sentyabrın 25-də Azərbaycan Respublikasının Xocalı rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətindəki Berkadzor kəndində 44 günlük savaşda gəbərmiş işğalçı ermənilərin “xatirəsi”nə qurulmuş xaç abidəsinin - xaçkarın açılışı olub.

Hafta.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.

Məlumata görə, üzdəniraq tədbirdə Xankəndindəki separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyan da iştirak edib.

Zəruri arayış: Berkadzor - Azərbaycan Respublikasının Xocalı rayonununun inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında qurulub və bura ermənilər köçürülüb. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Berkadzor kəndinin əhalisinin faktiki sayı 149 nəfər, qeydiyyatdakı əhalinin sayı 165 nəfər təşkil edirdi.

Oxunma sayı 176
Siyasət rubrikasından digər xəbərlər