Alman tələbələri Göygöldə olublar

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanda səfərdə olan Berlin Humboldt Universitetinin nümayəndələri Göygöl rayonunda olublar. Qonaqlar rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla görüşdən sonra Göygöldə yerləşən Helenendorf qəsəbəsinin tarixi ilə tanış olublar, XIX əsrdə almanlar tərəfindən tikilən şərab zavodu, alman Viktor Kleynin ev muzeyi və diyarşünaslıq muzeyini ziyarət ediblər. Gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə baş tutan səfərin növbəti dayanacağı Gəncə şəhəri olub. Burada onlar Gəncə şəhərinin Tarixi muzeyi və Nizami məqbərəsini ziyarət edib, şəhərin baxımlı, qədim və yeni tikililəri ilə tanış olublar. Bakıya qayıdan qonaqlar Qobustan qayalarına da ekskursiya ediblər. Qonaqlar Qala qəsəbəsində yerləşən Arxeoloji-Etnografiya Muzey Kompleksinə yola düşüblər.
Əli