Xocalıda yeni hərbi hissənin açılışı oldu - VİDEO

16:14 29.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

 

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

 

Hərbi hissənin xidməti otaqları kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

 

 
Oxunma sayı 437