Yanğının söndürülməsinə helikopterlər cəlb olundu - VİDEO-YENİLƏNİB

15:32 26.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir. 

Əlavə məlumat veriləcək.

***

Bakının Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb.

Hafta.az-ın məlumatına görə, hadisə Bakı Metropoliteninin “Ulduz” stansiyasının yaxınlığındakı zavodlardan birində baş verib.

Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.

Qeyd edək ki, miqyası geniş olduğu üçün yanğının tüstüsü şəhərin bir çox yerlərindən görünür.

 

Oxunma sayı 200