Yasamalda 5 nəfər dəm qazından zəhərləndi

09:21 28.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonunda beş nəfər dəm qazından zəhərlənib.

Hafta.az xəbər verir ki, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb.

Ş.M.Xiyabani küçəsində 1984-cü il təvəllüdlü Səfərova Kamilla Aleksandr qızı, 1977-ci il təvəllüdlü Məmməd Rafiq Elbəyi oğlu, 2001-ci il təvəllüdlü Kazımlı Pərvanə Ceyhun qızı, 2-ci Alatava ərazisində 2001-ci il təvəllüdlü İmanova Rüqəyya Məhərrəm qızı və Mustafa Sübhi küçəsində 2000-ci il təvəllüdlü Alməmmədova Aygün Hafiz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır.report.az

Oxunma sayı 22