Yasamalda baş verən davaya görə bir nəfər saxlanılıb 

13:34 18.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamalda baş verən davaya görə bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iyulun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Vəlixanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini F.Budaqov saxlanılıb.

 

Araşdırma aparılır.