Yaşayış binasında yanğın - 10 nəfər təxliyə olunub

22:21 14.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamalda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.