Yaşayış minimumunun həddi 210 manata qaldırıldı

11:46 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

 

Hafta.az-ın xəbərinə görə, qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

 

Layihə III oxunuşda təsdiqlənib.

Oxunma sayı 24
Siyasət rubrikasından digər xəbərlər