Yəməndən İsrail ərazisinə ballistik raket buraxıldı

11:32 28.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yəmən ərazisindən İsrailə ballistik raket buraxılıb.

Hafta.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti (SAXAL) məlumat yayıb.

SAXAL-ın məlumatına görə, Yəməndən ballistik raketin buraxılışı təsbit edilib. Bildirilir ki, raketin zərərsizləşdirilməsi üçün hava hücumundan müdafiə sistemi işləyir.