Yeni Roma Papası kimdir?

21:48 08.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Vatikanda yeni Roma Papası seçilib. 

Kardinal Robert Frensis Prevo yeni Roma Papası oldu və o, XIV Leo adını götürdü. Bu, tarixdə ABŞ-dan olan ilk Papadır.

Hafta.az yeni Papanın dosyesini təqdim edir:

- 1955-ci ildə Çikaqoda anadan olub;

- Kanon hüququ elmləri doktoru, Müqəddəs Tomas Aquinas Papa Universitetinin (Angelicum) məzunu;

- 30 ildən çox Peruda xidmət edib: seminariyada dərs deyib, kilsələrlə işləyib və daha sonra yepiskop olub;

- 2001-2013-cü illərdə Avqustin ordeninə rəhbərlik edib;

- 2023-cü ildən Vatikan Yepiskoplar Dikastriyasının rəhbəri və Roma Kuriyasının ən nüfuzlu kardinallarından biri;

- O, islahatların tərəfdarı və mülayim kurs, Fransisk xəttinin davamçısı kimi tanınır.

- Papa XIV Leonun şüarı: "In illo uno unum".