Yevlaxda qətl hadisəsi olub

19:12 19.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.