Yol vergisindən toplanacaq vəsait artacaq

16:29 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt


21 Oktyabr 2019 15:27
0 Şərh     Baxış: 163





#YOL#VERGİ
 
Azərbaycanda gələn il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə yol vergisi üzrə daxilolmaların azalacağı gözlənilir.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, 2020-ci ildə dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə yol vergisi üzrə daxilolmaların 76 milyon manat olması nəzərdə tutulur. Bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 6 milyon manat və ya 7,3 faiz azdır. Azalmanın əsas səbəbi Azərbaycanın 2019-2021-ci illər üzrə təsdiq edilmiş yanacaq-enerji balansının proqnoz göstəricilərində ölkə daxilində istehsal olunan və daxili istehlaka yönəldilən avtomobil benzinin istehsal həcminin cari illə müqayisədə az proqnozlaşdırılmasının nəzərə alınması olub.

2020-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə yol vergisi üzrə daxilolmaların həcminin 45 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 13 milyon manat və ya 40,6 faiz çoxdur.