Yoluxma halları artsa bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov

14:22 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı halda, sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq”.

Hafta.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib.

Qeyd edək ki, artıq Nazirlər Kabineti yanında Operativ Qərargah aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunması barədə qərar qəbul edib.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Oxunma sayı 313
Siyasət rubrikasından digər xəbərlər