Yunanıstan sahillərində 6,2 bal gücündə ZƏLZƏLƏ

09:21 22.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yunanıstanın Krit adasının sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri İraklion şəhərindən 74 km şimalda yerləşib. Yeraltı təkanların ocağı 15 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.