Yunanıstanda zəlzələ olub

12:57 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yunanıstan sahillərində 5 bal gücündə zəlzələ olub. 

Hafta.az-ın xarici mətbuata istinadən məlumatına görə bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.

Zələzələ Bakı vaxtı ilə saat 06:52 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Valsamata yaşayış məntəqəsindən 6 kilometr aralıqda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.