YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 

13:48 25.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"YUNESCO missiyasının azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir".

 

Hafta.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar YUNESCO-ya çatdırılıb:

 

"Məsələ ilə bağlı YUNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik. Biz gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, məsələ sırf öz mandatına uyğun olaraq həyata keçiriləcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. Çünki biz istərdik ki, bütün dünya Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktlarını araşdırsın və onlara qiymət versin. Ona görə də Azərbaycan hər zaman belə bir missiyanın keçirlməsinin tərəfdarı olub. Biz sadəcə olaraq gözləyirik ki, YUNESCO da bu bu məsələyə eyni həsaslıqla yanaşsın".

Oxunma sayı 17
Gündəm rubrikasından digər xəbərlər