Yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır - Məcburi köçkün

10:10 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Yeni növ koronavirus - COVID-19 infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə görülmüş tədbirlər hesabına dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır.

Cənab Ali Baş Komandan, ona görə də biz məcburi köçkünlər Sizi dəstəkləyirik, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Cəfərov Raqub İdris oğlu

Ağdam rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.

Oxunma sayı 2293
Siyasət rubrikasından digər xəbərlər