Zakir Həsənov Çində bir sıra görüşlər keçirib

11:42 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Gündəm rubrikasından digər xəbərlər