Zakir Həsənov Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib

15:10 21.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 21-də Gürcüstana səfərə gələn Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərinin mərkəzində Heydər Əliyev adına Parkı ziyarət edib.

Bu barədə hafta.az Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, nümayəndə heyəti xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad edib.

Qeyd edək ki, səfər çərçivəsində Müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.