Zaqatalada zəlzələ olub

16:19 01.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada zəlzələ 4 bal gücündə qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a verilən məlumata əsasən yerli vaxtla saat 14:06-da Zaqatala stansiyasından 8 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınmışdır.

Zəlzələ episentrdə 4 bal, yaxin ətraf rayonlarda 3 bala qədər hiss olunmuşdur.

Yeraltı təkanların maqnitudası 3,6, dərinliyi 16 km. olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Oxunma sayı 39