Zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatıb

14:03 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi prosesi başa çatıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Türkiyədən azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını gətirən avtobusların hər üçü Naxçıvana çatıb.

Bundan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə həmin şəxslər Bakıya uçacaqlar.