Zərdabda ağacəkmə kampaniyası keçirilib

15:54 06.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən 650 min ağac əkini kampaniyasına qoşulan zərdablılar 06 dekabr 2019-cu il tarixdə şəhər və kəndlərdə, park və meydanlarda, ümumilikdə rayon ərazisində müxtəlif növ ağaclar əkiblər.

Hafta.az xəbər verir ki, rayon ərazisində kampaniyaya hazırlıq ərəfəsində 17 min, bu gün isə 10 min ədəddən çox ağac əkilib, yeni yaşıllıqların suvarılması üçün xətlər çəkilib. Ağacəkmə kampaniyasında rayon rəhbərliyi, icra strukturlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, gənclər, ictimaiyyət nümayəndələri - ümumilikdə 2500 nəfərdən çox rayon sakini iştirak edib.

Oxunma sayı 32
Sosial rubrikasından digər xəbərlər