Zirədə heç-heçə, “Sabah”dan əzmkar qələbə

19:14 03.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
 
Hafta.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
 
Öncə “Zirə” “Sumqayıt”ı qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma bərabərliklə yekunlaşıb.
 
Tura “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulub. Oyun paytaxt təmsilçisinin əzmkar qələbəsı ilə yekunlaşıb.
 
Azərbaycan Premyer Liqası
X tur - 3 noyabr
 
“Zirə” – “Sumqayıt” 2:2
Qollar: M.Kqasvane, 3. R.Qadze, 58 - P.Babayi, 28-pen. Ə.Ağayev, 81.
Zirə İdman Kompleksinin stadionu.
 
“Qəbələ” – “Sabah” 1:2
Qollar: D.Volkov, 43 - C.İmamverdiyev, 53. H.Ekşteyn, 73.
Qəbələ şəhər stadionu.