Ziyad Səmədzadə “kölgə iqtisadiyyatı”na qarşı mübarizədən danışdı...

14:00 12.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bəziləri tərəfindən dövlət büdcəsinin qapalı müzakirə edildiyi barədə fikirlər reallığı əks etdirmir və yanlışdır... Son illər Azərbaycanda “kölgə iqtisadiyyatı”na qarşı önəmli mübarizə aparılır...”.

“Həftə içi” parlament müxbirinin verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin plenar iclasındakı büdcə müzakirələri ilə bağlı çıxışı zamanı söyləyib.

Komitə sədri son illərdə ölkədə aparılan islahatların, xüsusilə də “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin öz nəticələrini verdiyini vurğulayaraq  deyib:

“Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük”.

“2019-cu ilin 9 ayı ərzində ÜDM-nin nominal artımı 1.2 faiz, qeyri-neft sektoru üzrə 7.6 faiz olduğu halda, vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib. O cümlədən qeyri-neft sektoru üzrə 12.6 faiz təşkil edib”.-deyə Z.Səmədzadə bildirib.

 

Siyasət rubrikasından digər xəbərlər