"Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq" - Prezident

22:20 10.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Şuşaya səfəri çərçivəsində müraciəti zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".