«Həftə içi» qəzeti müstəqil ictimai-siyasi mətbu orqanıdır. Qəzet 22 iyul 1998-ci il tarixindən fəaliyyət göstərir. Bu illər ərzində geniş oxucu kütləsi qazanmış qəzetin kollektivini peşəkar jurnalistlər və texniki işçilər təşkil edirlər. Mətbu orqanı dünyada və ölkəmizdə baş verən ictimai-siyasi, sosial, mədəni və digər hadisələri geniş şəkildə işıqlandırıb təhlil edir, oxucularının diqqətinə təqdim edir.
Fəaliyyət göstərdiyi 27 il ərzində «Həftə içi» onlarca peşəkar jurnalist formalaşdırıb. Həmin jurnalistlərin əksəriyyəti hazırda öz dəst-xətti ilə seçilən, ölkə mediasının ən populyar mətbu orqanlarında fəaliyyət göstərən peşəkar kadrlardır.
Qeyd edək ki, əməkdaşlarımız ABŞ, Türkiyə, Misir, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrin kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə yaxından tanış olub, təcrübə mübadilələrində iştirak ediblər.
Nəşr olunduğu illər ərzində qəzet və əməkdaşları dəfələrlə bir çox dövlət və qeyri-hökumət təskilatlarının mükafatlarına layiq görülüblər.
«Həftə içi» qəzetinin onlayn variantı – Hafta.az saytı internet media resursları arasında özünəməxsus mövqeyi ilə seçilir. Saytda ölkə və dünya gündəminə aid xəbərlərlə, müxtəlif rubrikalar altında dərc olunmuş müəllif yazıları ilə, həmçinin qəzetin onlayn rejimdə cap versiyası ilə tanış olmaq mümkündür.
«Həftə içi» qəzeti və Hafta.az saytı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi ilə sıx əməkdaşlıq edir, birgə layihələr reallaşdırır. Əməkdaşlarımız dəfələrlə Agentliyin elan etdiyi yazı müsabiqələrinin qalibi olublar.
«Həftə içi» qəzeti və Hafta.az saytının təsisçisi və baş redaktoru Sevinc Seyidovadır.